Kirayəşinin 4500 manatı OĞURLANDI
    • 22-10-2022, 11:33
    • 148

Kirayəşinin 4500 manatı OĞURLANDI

Bakıda bıçaqlı şəxslər mənzilə basqın edib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Şöbəsinə oktyabrın 19-da saat 22 radələrində rayon ərazisində kirayədə yaşayan Bakı şəhər sakininin evinə gələn 2 nəfərin bıçaqla ona xəsarət yetirərək evdən 4500 manat pulunu talayıb aparmaları barədə müraciət daxil olub.

Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər dəfələrlə məhkum olunmuş Anar Qafarov və Lənkəran rayon sakini Röyal Əhədzadə müəyyən olunaraq saxlanılıblar.

Araşdırma aparılır.