Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib - FOTO
    • 22-10-2022, 11:38
    • 248

Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib - FOTO

Bu gün Zəngilan Beynəlxalq Hava Limanına ilk mülki təyyarə reysi həyata keçirilib.

AZAL-dan News24.az-a verilən məlumata görə, uçuş "Buta Airways"in “Khankendi” təyyarəsi ilə baş tutub.

Qeyd edək ki, reysin sərnişinləri “Zəfər yürüşü” idman yarışında iştirak edəcək idmançılar və media nümayəndələri olub.