240 nəfərin olduğu sərnişin gəmisi YANIB
    • 25-10-2022, 01:29
    • 174

240 nəfərin olduğu sərnişin gəmisi YANIB

İndoneziyanın cənub sahilləri yaxınlığında içərisində 240 nəfərin olduğu sərnişin gəmisi yanıb.

Hadisə nəticəsində 14 nəfər həlak olub.

"KM Express Cantika 77" gəmisinin göyərtəsində 230 sərnişin və 10 ekipaj üzvü olub. Xilasedicilər 226 nəfəri sağ tapıblar. 

Hadisənin səbəbləri araşdırılır. /Modern.az/