Göyərtəsində 126 sərnişin olan təyyarə yandı -FOTO
    • 22-06-2022, 10:55
    • 234

Göyərtəsində 126 sərnişin olan təyyarə yandı -FOTO

ABŞ-da sərnişin təyyarəsi eniş zamanı sürüşərək uçuş-enmə zolağından çıxıb.

News24.az
"Associated Press"-ə istinadən xəbər verir ki, qəzanın təyyarədəki nasazlıq səbəbindən baş verdiyi deyilir.

Hadisə ilə bağlı verilən ilk açıqlamada səlahiyyətlilər 3 nəfərin yüngül yaralandığını və müalicə üçün xəstəxanaya aparıldığını bildirib.

Qeyd edək ki, təyyarədə olan 126 sərnişin və 11 ekipaj üzvü təxliyə edilib.