-
- 25-10-2022, 10:39
- 216
Baş Prokurorluğun əməkdaşları beynəlxalq tədbirdə iştirak edib
18-21 oktyabr 2022-ci il tarixlərində İspaniyanın Madrid şəhərində Aktivlərin Bərpası üzrə Kemden Qurumlararası Şəbəkəsinin (CARIN) 2022-ci il üzrə 18-ci Ümumi Yığıncağı keçirilib. Baş Prokurorluğun Xüsusi Müsadirə Məsələlərinin Əlaqələndirilməsi İdarəsinin rəisi Vüqar Əliyev və idarə prokuroru Əhməd Həsənov aktivlərin bərpasında dövlət-özəl sektor əməkdaşlığı, aktivlərin idarə edilməsi orqanlarının yaradılmasına ehtiyac olan yurisdiksiyaları dəstəkləmək məqsədi ilə bu sahədə ən yaxşı təcrübələrinin öyrənilməsi və cinayət aktivlərinin bərpasında əməkdaşlığın artırılması mövzularına həsr olunmuş tədbirdə iştirak ediblər.
Baş Prokurorluğun mətbuat xidmətindən News24.az-a verilən xəbərə görə, CARIN şəbəkəsi aktivlərin bərpası sahəsində hüquq-mühafizə orqanlanlarının ixtisaslaşmış qeyri-rəsmi şəbəkəsi olmaqla, üzv dövlətlərə xarici ölkələrdə yerləşən cinayət aktivləri barədə məlumatların təqdim edilməsi və onların qaytarılmasına dəstək göstərmək vəzifəsi daşıyır və bu sahədə mühüm platforma hesab olunur.
Azərbaycan Respublikası 2021-ci ilin aprel ayında adıçəkilən Şəbəkəyə müşahidəçi qismində üzv olmuş və Baş Prokurorluğun Xüsusi müsadirə məsələlərinin əlaqələndirilməsi idarəsinin prokuroru həmin Şəbəkəyə əlaqələndirici şəxs kimi təyin edilib.
Qeyd edilən tədbirdə CARIN şəbəkəsinə 27 üzv və müşahidəçi qismində qəbul edilmiş ölkələrin ümumilikdə 54 nümayəndəsi, o cümlədən Birləşmiş Millətlər Təşkilatının Regionlararası Cinayət və Ədliyyə Araşdırma İnstitutu və Dünya Bankı kimi nüfuzlu beynəlxalq təşkilatların əməkdaşları dinləyici qismində iştirak ediblər.
Tədbirdə həmçinin Amerika Birləşmiş Ştatlarının Marşal Xidməti, Belçika Krallığının Həbs və müsadirə üzrə mərkəzi ofisi, Avropa Komissiyası, “Eurojust”, “Europol”, Avropa Prokurorluğu, İspaniyanın Aktivlərin Bərpası və İdarə edilməsi ofisi, Aktivlərin Bərpası üzrə Qurumlararası Şəbəkəsi Şərqi Afrika (ARİN-East Africa) ofisi, Karib dənizi (ARİN-CARİB) ofisi, Qərbi Afrika (ARİN-West Africa) ofisi, Cənubi Afrika (ARİNSA), Qərbi və Mərkəzi Asiya (ARİN-WCA), Asiya Sakit Okean (ARİN-Asia Pacific) ofisinin əməkdaşları ekspert qismində iştirak edərək iştirakçılarla aktivlərin bərpası sahəsində öz təcrübələri ilə bölüşüblər.
Görüşlər zamanı ekspertlər aktivlərin bərpası sahəsində effektiv nəticəyə nail olunması üçün xüsusən maliyyə istintaqı institutunun tətbiqi, cinayət yolu ilə əldə edilmiş əmlakın dərhal dondurulması, məlumat bazalarına sürətli çıxışın təmin olunmasının vacib olduğunu bildiriblər.
Tədbirin yekununda Rumıniya dövlətinin Dondurulmuş aktivlərin idarə olunması üzrə milli agentliyin əməkdaşı Andrea Tirlea CARİN şəbəkəsinə yeni katib seçilmiş və CARIN şəbəkəsinə növbəti sədrliyin Amerika Birləşmiş Ştatlarına verilməsi, növbəti il üçün yekun tədbirinin isə Belçika Krallığının Brüssel şəhərində keçirilməsi qərara alınıb.