Qəbələdə Qarabağ qazisi İNTİHAR ETDİ
    • 12-08-2022, 15:47
    • 651

Qəbələdə Qarabağ qazisi İNTİHAR ETDİ

Qəbələdə intihar olub.

News24.az xəbər verir ki, hadisə rayonun Əmirvan kəndində qeydə alınıb. Kənd sakini 1998-ci il təvəllüdlü İsmayılov İlkin Elçin oğlu yaşadığı evdə özünü asıb. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.

Faktla bağlı rayon Prokurorluğundan araşdırma aparılır.
Qeyd edək ki, İlkin İsmayılov 44 günlük Vətən müharibəsinin iştirakçısı olub. O, nişanlı imiş. (lent.az)