Bakıda qızları otellərdə  görüşdürən Sevdanın ŞOK ƏMƏLLƏRİ
    • 26-10-2022, 17:42
    • 340

Bakıda qızları otellərdə görüşdürən Sevdanın ŞOK ƏMƏLLƏRİ

Bakıda gənc qızları və rəfiqələrini fahişəliyə cəlb edən 27 yaşlı Sevda Quliyeva (soyadlar şərtidir) məsuliyyətə cəlb edilib.

News24.az-ın əldə etdiyi məlumata görə, onun barəsində Cinayət Məcəlləsinin 243.1-ci (Fahişəliyə cəlb etmə) maddəsi ilə açılmış iş Nərimanov Rayon Məhkəməsinə göndərilib.

Hakim Gültəkin Əsədovanın sədrliyi ilə keçirilən prosesdə Sevdanın İnara və Tamara adlı gənc qızları Bakının müxtəlif yerlərində, eləcə də "Astoria”, “Piano”, “Porto” otellərində və müxtəlif kişi məclislərində fahişəliyə cəlb etməsi üzə çıxıb. O, qızları müştərilərə 200-500 manata təklif edib və əldə olunan vəsaitin müəyyən hissəsini özünə götürüb.

Məhkəmədə zərərçəkən şəxs qismində tanınan qızlar 2018—2021-ci illərdə Sevdanın təşkilatçılığı ilə müxtəlif şəxslərlə pul qarşılığında görüşdüklərini bildiriblər.

Nərimanov Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə S.Quliyeva 3 min manat cərimə edilib və o azadlıqda qalıb.