-
- 29-01-2022, 15:19
- 6 094
Bakıda 500 manata görüşə gedən qızlar taksidən düşən kimi tutuldular
Bakıda qadınları fahişəliyə cəlb edən 1994-cü il təvəllüdlü Asif Qədirov (şərti soyadlı) və onun dostu, taksi fəaliyyəti göstərən 1988-ci il təvəllüdlü Əli Muradov (şərti soyadlı) barəsində açılmış cinayət işinin təfərrüatları məlum olub.
News24.az-ın məlumatına görə, Binəqədi rayon Məhkəməsində Cinayət Məcəlləsinin 243-cü (fahişəliyə cəlb etmə) maddəsi ilə açılmış işin araşdırılması zamanı məlum olub ki, Asif gözəllik salonunda işləyir və ətrafında çoxsaylı gənc xanımlar var.
O, salonda xanımlara xidmət etməklə yanaşı, müxtəlif qızları fahişəliyə cəlb etməklə və ya onları kişi tanışları ilə görüşdürərək əlavə gəlir əldə edirmiş. Bu tip əməlləri törədərkən nəhayət Asif Qədirov ələ keçib. Belə ki, Xəqani adlı tanışı Asiflə əlaqə saxlayaraq onun üçün 2 xanım təşkil etməsini xahiş edib. Asif Xəqani ilə görüş üçün Nərmin və İradə adlı 2 qızla danışaraq onları Əli adlı taksi sürücüsü ilə Bakının mərkəzindən Novxanıya göndərib. Bu xidmətə görə Xəqaninin qızlara 500 manat, özünə isə taksi sürücüsü vasitəsilə 300 manat göndərməli olduğunu bildirib.
Xəqani Novxanıda taksi sürücüsünə 300 manat verərək yola salıb, qızları isə özü ilə aparmaq istəyərkən saxlanılıb.
Əməliyyat tədbiri nəticəsində Asif pulu taksi sürücüsündən Biləcəri dairəsində götürərkən tutulub, həmçinin qızların cinsi əlaqə müqabilində müştəridən alacaqları vəsait də maddi sübut kimi götürülüb.
Məhkəmədə ifadə verən fahişəliyə cəlb edilmiş qızlar Asif və Əlidən şikayətçi olmadıqlarını, həmin şəxslərin onları könüllü şəkildə fahişəliyə cəlb etdiklərini bildiriblər.
Binəqədi rayon Məhkəməsinin hökmü ilə qadınları fahişəliyə cəlb edən 27 yaşlı Asif Qədirov 480 saat müddətinə ictimai işlər cəzasına məhkum edilib. Taksi sürücüsü Əli isə 320 saat müddətinə cəza alıb.