“Utanıb, ölmürsüz?…” - Çingiz Abdullayev jurnalisti təhqir etdi - VİDEO
    • 26-10-2022, 19:25
    • 628

“Utanıb, ölmürsüz?…” - Çingiz Abdullayev jurnalisti təhqir etdi - VİDEO

Xalq yazıçısı Azərbaycan Yazıçılar Birliyinin (AYB) katibi Çingiz Abdullayev AYB-nin XIII qurultayı üçün ayırılan 203 min manatın çoxluğu ilə bağlı iddialara cavab verib.

News24.az xəbər verir ki, yazıçı jurnalistlərə açıqlamasında ayırılan vəsaitdən daha çox pul xərcləndiyini deyib:

"Bu qədər adama bilet almışıq. Buranın icarə haqqını ödəmişik. Qonaqları mehmanxanaya yerləşdirmişik, kitab çap eləmişik. Bəs siz bilmirsiniz ki, bunlar xərc tələb edir? Biz daha çox xərcləmişik. Utanmırsınız, Xalq yazıçısıdan soruşursunuz pullar hanı?".