"Qarabağ"ın kapitanı zədələnib
    • 28-10-2022, 00:47
    • 295

"Qarabağ"ın kapitanı zədələnib

"Qarabağ"ın kapitanı Qara Qarayev zədələnib.

News24.az-ın məlumatına görə, 30 yaşlı futbolçu Fransada "Nant"a qarşı keçirdikləri UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda sıradan çıxıb.

Oyunu davam etdirə bilməyən təcrübəli yarımmüdafiəçi 79-cu dəqiqədə Julio Romao ilə əvəzlənib.

Qeyd edək ki, hazırda matçda hesab bərabərdir - 1:1.