Muxtar Babayev Nina Vaskunlahtinlə görüşdü
    • 28-10-2022, 14:29
    • 212

Muxtar Babayev Nina Vaskunlahtinlə görüşdü

Azərbaycanda işgüzar səfərdə olan Finlandiya xarici işlər nazirinin xarici ticarət əlaqələri üzrə müavini Nina Vaskunlahtinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev arasında görüş keçirilib.

Nazirlikdən News24.az-a verilən xəbərə görə, görüşdə iki ölkə arasında qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, ətraf mühitin mühafizəsi və iqlim dəyişikliyi sahələri üzrə əməkdaşlıq məsələləri müzakirə olunub.