-
- 28-10-2022, 22:27
- 256
Terrorçuların lideri qorxu içində - “ABŞ Türkiyəni dayandıra bilmir”
PKK terror təşkilatının Suriyadakı qollarından biri “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Mazlum Kobani ABŞ-ın Türkiyənin mümkün antiterror əməliyyatlarına qarşı olduğunu deyib.
Kobani bunun Türkiyəni dayandırmaq üçün kifayət etmədiyini də söyləyib.
Kobani Türkiyənin Suriyanın şimalında dron əməliyyatlarının bütün sürəti ilə davam etdiyini və son iki ildə bölgədə 70-dən çox əməliyyat keçirdiyini bildirib. O, türk ordusunun təkcə bu il 59 hərbi əməliyyat keçirdiyini vurğulayıb.
Kobani PKK terror təşkilatının ən böyük dəstəkçisi ABŞ-ın yardımından da danışıb:
“ABŞ hərbi əməliyyatlara qarşı olduğunu rəsmən bəyan edib. Amma düşünürük ki, bu, Türkiyəni dayandırmaq üçün kifayət deyil. Çünki Ankara bunu davam etdirmək üşün başqa vasitələrə əl atır. Ona görə də Moskva və Vaşinqtona Türkiyə ilə imzaladıqları müqavilələrə sadiq qalmağı, gərginliyin azaldılması mexanizmi və qarşılıqlı əlaqə qaydaları tətbiq etməyi tövsiyə edirik”. /Teleaf.com/