ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatına DƏSTƏK VERMƏDİ
    • 7-10-2019, 09:16
    • 799

ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatına DƏSTƏK VERMƏDİ

ABŞ Türkiyənin Suriyadakı hərbi əməliyyatına dəstək verməkdən imtina edib.

News24.az TASS-a istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Stefani Qrişam məlumat verib.

Amerika lideri Donald Trump ilə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasındakı söhbətdən sonra verilən açıqlamada “Türkiyə Suriyanın şimalında çoxdan planlaşdırılan əməliyyatı ilə tezliklə irəliləyəcək. ABŞ qüvvələri əməliyyata dəstək vermir və ya iştirak etməyəcək " deyə bildirilib.

Sözçü həmçinin ABŞ ordusunun artıq əməliyyat yerinə yaxın olmayacağını da vurğulayıb.

Son aylarda Türkiyə prezidenti dəfələrlə Ankaranın Suriyada əməliyyata hazırlandığını və yaxın zamanda qoşunların yerləşdiriləcəyini bildirib. Oktyabrın əvvəlində Ərdoğan, təhlükəsizlik zonası yaratmaq planının, Suriyalıların vətənlərinə dönmələri üçün ən məntiqli və ağlabatan yol olduğunu söyləyib.