Bakıda dərs adı ilə çıxan gənc qız evə geri qayıtmayıb
    • 29-10-2022, 10:48
    • 251

Bakıda dərs adı ilə çıxan gənc qız evə geri qayıtmayıb

Oktyabrın 27-də Bakının Qaradağ rayonunda dərs adı ilə evdən çıxan 17 yaşlı qız itkin düşüb.

News24.az xəbər verir ki, 2005-ci il təvəllüdlü Səma Cəmiyyət qızı Alıyeva saat 06 radələrində Müşfiqabad qəsəbəsində dərsə getmək adı ilə çıxaraq naməlum istiqamətdə gedib və bir daha geri qayıtmayıb.

Faktla bağlı Qaradağ Rayon Polis Şöbəsində araşdırma aparılır.