Bakıda 25 yaşlı oğlanın meyiti tapıldı – İNTİHAR EDİBMİŞ
    • 29-10-2022, 12:27
    • 233

Bakıda 25 yaşlı oğlanın meyiti tapıldı – İNTİHAR EDİBMİŞ

Bakıda intihar hadisəsi baş verib.

News24.az
xəbər verir ki, hadisə Binəqədi rayonu Rəsulzadə qəsəbəsində yerləşən həyət evində baş verib. Orada yaşayan 1997-ci il təvəllüdlü Əli Həşimov evin həyətində özünü asaraq həyatına son qoyub. Onun meyiti oktyabrın 26-da günorta vaxtı yaxınları tərəfindən aşkar edilib və aidiyyəti üzrə məlumat verilib.

25 yaşlı şəxsin niyə intihar etməsi məlum deyil.

Faktla bağlı Binəqədi Rayon Prokurorluğunda araşdırma aparılır.