Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb
    • 31-10-2022, 10:05
    • 188

Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb

Həftəsonu Azərbaycanda yol qəzalarında 8 nəfər ölüb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, oktyabrın 29-30-da respublikanın avtomobil yollarında ölümlə nəticələnən 6 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 8 nəfər ölüb, 7 nəfər isə xəsarət alıb.