Həftəsonu yol qəzalarında 10 nəfər öldü
    • 25-07-2022, 10:09
    • 263

Həftəsonu yol qəzalarında 10 nəfər öldü

Həftəsonu Azərbaycanda baş verən yol-nəqliyyat hadisələri nəticəsində ölənlərin sayı açıqlanıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən News24.az-a bildirilib ki, iyulun 23-24-də respublikanın avtomobil yollarında ölümlə nəticələnən 8 yol-nəqliyyat hadisəsi baş verib.

Nəticədə 10 nəfər ölüb, 2 nəfər isə xəsarət alıb.