2018-in ən yaxşı UFC döyüşçüsü - Həbib deyil
    • 10-01-2019, 15:03
    • 988

2018-in ən yaxşı UFC döyüşçüsü - Həbib deyil

UFC 2018-ci ilin ən yaxşı döyüşçüsünün adını açıqlayıb.

Ağırçəkili amerikalı döyüşçü Daniel Kormye "ən yaxşı döyüşçü" adaına layiq görülüb.
O, Konor Makqreqordan sonra UFC tarixində, iki fərqli çəki kateqoriyasında iki çempion kəməri olan ikinci döyüşçüdür. Ötən il üç döyüş keçirib, bütün döyüşlərdən qələbə ilə ayrılaraq hər iki çəkidə titulunu qoruyub.
Qeyd edək ki, təşkilat 2018-ci ildə irland K.Makqreqora qarşı döyüşdə qalib gəlmiş rusiyalı MMA döyüşçüsünü, ümumiyyətlə, nəzərə almayıb. Böyük ehtimalla, buna səbəb Həbibin döyüşdən sonra kütləvi davaya səbəb olmasıdır. Həmin insidentdə görə o az qala çempion titulundan məhrum olacaqdı.