-
- 31-10-2022, 23:13
- 285
Erməni biznesmen Moskvada intihar etdi
Erməni əsilli rusiyalı iş adamı Artem Aslanyan Moskvada intihar edib.
Bu barədə “Maş” Teleqram kanalında məlumat yayılıb.
Məlumata görə, onun cəsədi Vorobyov Qorı yaşayış kompleksinin ərazisində tapılıb.
İlkin məlumatlara görə, Aslanyan ölümündən öncə anasına çox sayda işlərdən və ümumiyyətlə hər şeydən yorulduğuna dair mesaj göndərib. Bundan sonra o, intihar edib. Daha sonra mühafizəçi yaşayış kompleksinin ərazisində iş adamının meyitini tapıb.
Ehtimal olunur ki, biznes problemlərindən dolayı intihar edib.
Qeyd edək ki, oktyabrın 29-da iş adamının 39 yaşı tamam olub. Onun restoran biznesi və yemək xidmətləri ilə bağlı beş şirkətin qurucusu olduğu bildiirilib. Bunlar arasında "Moskva Food", "Park Management", "İstanbul Kabab", "Bluefin" və başqa bir şirkət də var./Axar.az/