Mövlud Çavuşoğlu: Biz bu prosesi aşacağımıza inanırıq
    • 1-11-2022, 22:12
    • 230

Mövlud Çavuşoğlu: Biz bu prosesi aşacağımıza inanırıq

Xüsusilə, Rusiyanın “Çəkildik və əməkdaşlıq etməyəcəyik”, - xarakterli anonsundan sonra “Taxıl dəhlizi”nin davam edib-etməyəcəyi ilə bağlı çox sayda suallar alırıq. Biz bu prosesi aşacağımıza inanırıq.

News24.az Azərtac-a istinadla xəbər verir ki, bu fikirləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu mövzu ilə bağlı açıqlamasında ifadə edib.

Türkiyə hökumət nümayəndələrinin məsələ ilə bağlı Rusiya və Ukrayna tərəfləri ilə davamlı olaraq danışıqlar apardıqlarını xatırladan nazir deyib: “Nəticədə, əvvəldən razılaşdırıldığı kimi, hazırda taxıl daşınmasında yüklü gəmilərlə bağlı problem yoxdur, lakin bundan sonra da davam etməsi üçün problemlər aradan qaldırılmalıdır”.