Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi
    • 8-08-2022, 12:14
    • 555

Mövlud Çavuşoğlu Ermənistana xəbərdarlıq etdi

"Türkiyə Qarabağda haqlının yanında oldu. Müharibə başlayanda Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsini dəstəklədik”.

News24.az Report-a istinadla xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ölkəsinin xarici ölkələrdəki səfirlərinin 13-cü konfransının açılışında deyib.

"Sonra regional əməkdaşlıq üçün səylərimizi davam etdirdik. İndi Ermənistana xatırladırıq ki, təxribatlarını davam etdirməsin”, - XİN başçısı vurğulayıb.