Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?
    • 2-11-2022, 16:59
    • 193

Azərbaycanda koronavirusla bağlı vəziyyət necədir?

Koronavirus pandemiyası başlayandan bəri xəstələrin sayı hazırda ən aşağı səviyyədədir.

News24.az Trend-ə istinadən xəbər verir ki, bunu çərşənbə günü Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov nazirliyin rəsmi "İnstagram" hesabında canlı yayımda çıxışı zamanı deyib.

O qeyd edib ki, ölkədə koronavirusla bağlı vəziyyət stabildir.

"Bəzən xəstəliyi yüngül keçirənlər xəstəxanaya müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Bunun necə olacağı məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib", - deyə o əlavə edib.