ABŞ Moldovaya maliyyə vəsaiti ayıracaq
    • 2-11-2022, 21:45
    • 279

ABŞ Moldovaya maliyyə vəsaiti ayıracaq

ABŞ Moldovaya elektrik enerjisi almaq və enerji təhlükəsizliyini gücləndirmək üçün, təxminən, 50 milyon dollar maliyyə vəsaiti ayıracaq.

News24.az xəbər verir ki, bu barədə USAID-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) Kişineudakı ofisindən məlumat verilib.

Bildirilib ki, USAID Moldova hakimiyyət orqanları ilə inkişaf məqsədləri ilə bağlı mövcud sazişə düzəlişin qəbulu üzərində işləyir. Bu, ABŞ büdcəsindən 30 milyon dollar vəsaitin elektrik enerjisi alışlarının dəyərini ödəmək üçün istifadə edilməsinə imkan verəcək.

Bundan başqa, respublikanın enerji təhlükəsizliyinin gücləndirilməsinə 19,5 milyon dollar vəsaitin yönəldilməsi nəzərdə tutulur.