DSX-nin əsgəri özünü güllələdi
    • 3-11-2022, 12:10
    • 359

DSX-nin əsgəri özünü güllələdi

Dövlət Sərhəd Xidmətinin (DSX) əsgəri özünü güllələyib.

News24.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Bildirilib ki, DSX-nin Sərhəd Qoşunlarının N saylı hissəsinin əsgəri Baxşəliyev Onur Nazim oğlunun istifadəsində olan silahla özünə atəş açması nəticəsində xəsarət yetirməsi faktı ilə bağlı hazırda Lənkəran hərbi prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci maddəsi ilə cinayət işi başlanmışdır.

Hazırda qeyd olunan iş üzrə istintaq davam edir.