Bakıda "BakuBus"un qapısını təpiklədilər - ANBAAN VİDEO
    • 3-11-2022, 16:45
    • 1 904

Bakıda "BakuBus"un qapısını təpiklədilər - ANBAAN VİDEO

Bakıda “BakuBus” MMC-yə məxsus avtobusun sürücünə növbəti dəfə hücum qeydə alınıb.

News24.az xəbər verir ki, hadisə Qara Qarayev prospektində qeydə alınıb.

"BakuBus" MMC-yə məxsus olan avtobusdan qeydə alınan görüntüləri BAKU.WS-in "qaynar xətti"nə şirkətin hüquq sektorunun müdiri Rüstəm Cəfərov göndərib.

O bildirib ki, "99-OK-278" dövlət qeydiyyatlı avtomobilin sürücüsü avtobusun qarşısını kəsib. Bundan sonra sürücü avtobusa hücum edib, zərbələr endirməyə başlayıb:

"Xoşbəxtlikdən avtobusun qapı və pəncərəsi həmin vaxt bağlı olub. Sürücü dərhal hadisə ilə bağlı DİN-in "qaynar xətt"inə zəng edib məlumat verib.

Hadisə nəticəsində avtobusa 931 manat məbləğində zərər dəyib. Şirkət rəsmiləri artıq məsələ ilə bağlı aidiyyəti qurumlara müraciət ediblər".