"BakuBus"un avtobusunda yanğın: sərnişinlər təxliyə edildi
    • 13-08-2021, 14:07
    • 380

"BakuBus"un avtobusunda yanğın: sərnişinlər təxliyə edildi

Bakıda sərnişin avtobusunda yanğın olub.

Hadisə metronun "Xətai" stansiyasının yaxınlığında qeydə alınıb.

Belə ki, "BakuBus" MMC-yə məxsus 21 nömrəli marşurut xətti ilə hərəkətdə olan, 90-JX-216 dövlət qeydiyyat nişanlı avtobusun mühərrik hissəsi qəfildən yanmağa başlayıb.

Sürücü dərhal avtobusu saxlayıb və sərnişinlər təxliyə edilib. Alovun qarşısı yanğınsöndürən balonlar vasitəsilə alınıb. /Report/