Minaya düşmüş  və bədəninin yarısını itirmiş dəvə rəsmi milyonlarla baxış topladı
    • 20-07-2018, 14:44
    • 4 125

Minaya düşmüş və bədəninin yarısını itirmiş dəvə rəsmi milyonlarla baxış topladı

İnternet aləmində milyonlarla informasiya yayımlanır. Onların hamısı həqiqəti əks etdirmir. Yalan informasiyaların  bütün reytinqləri qırması, virus kimi yayılması halları minlərlədir.

News24.az  xəbər verir ki, bir müddət öncə Səəudiyyə Ərəbistanında minaya düşərək bədəninin yarısını itirmiş, lakin həkimlərin səyi nəticəsində sağ qalmış dəvə rəsmi paylaşıldı.

Milyonlarla  oxucu tərəfindən izlənilən bu rəsm əslində fotoşopdan başqa bir şey deyil. Dəvənin minaya düşməsi xəbəri gerçək idi və belə bir dəvə həqiqətən var idi. Lakin dəvənin budu açıq yara almışdı. İki ayaq üstə hərkət etməsi isə sadəcə bir yalandır, vəssalam. Qeyd edək ki, ərəb mədəniyyətində dəvə misilsiz sərvət və ərəbin hər şeyi sayıldığına görə bu dəvəyə veteran adı verilib.

İlhamə