"Qarabağ" Avropa Liqası ilə vidalaşdı
    • 3-11-2022, 23:42
    • 301

"Qarabağ" Avropa Liqası ilə vidalaşdı

"Qarabağ" "Frayburq" matçı 1-1 hesabı ilə yekunlaşdı. Qrupun digər matçında "Nant" "Olimpiakos"a 2-0 hesabı ilə qalib gələrək qrup ikincisi kimi növbəti mərhələyə yüksəldi, təmsilçimiz isə mübarizəni Konfrans Liqasında davam etdirəcək.

***

“Qarabağ” 90+1-ci dəqiqədə hesabı bərabərləşdirir. Kvabena Ovusu fərqlənir.

***

Kevin Medina 61-ci dəqiqədə qırmızı vərəqə alır.

***

Ofsayddan qol ləğv edildi.

***

Marko Veşoviç, 54-cü dəqiqədə hesabı bərabərləşdiri


“Frayburq” hesabı açdı. Nils Petersen 25-ci dəqiqədə fərqləndi.

***


"Qarabağ" - "Frayburq" matçı start götürdü

***
Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

News24.az-ın məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.