Bakıda kişi avtobusun altında qaldı - Ürəyi zəif olanlar baxmasın - VİDEO
    • 4-11-2022, 14:08
    • 258

Bakıda kişi avtobusun altında qaldı - Ürəyi zəif olanlar baxmasın - VİDEO

Bakıda marşrut avtobusu piyadanı vurub.

News24.az "lent.az"-a istinadən xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb. Hadisə dünən axşam saatlarında Nəsimi rayonu “Şamaxinka” adlanan ərazidə qeydə alınıb.

Məlumata görə, ad soyadı hələlik məlum olmayan kişi məhəccərlərin üstündən keçərək yola düşüb. Bu zaman o, avtobusun gəlməyinə diqqət etməyib. Nəticədə avtobus piyadanı vurub və ən dəhşətlisi isə həmin kişi avtobusun altında qalıb.

Həmin şəxsin hazırda xəstəxanada müalicə aldığı bildirilir.

Görüntüləri təqdim edirik: