"Təzə Pir” məscidinin rəisi vəfat etdi
    • 8-11-2022, 09:51
    • 265

"Təzə Pir” məscidinin rəisi vəfat etdi

"Təzə Pir” məscid kompleksinin rəisi Hacı Hatəm Mirzəyev vəfat edib.

News24.az xəbər verir ki, o, noyabrın 7-si axşam saatlarında 65 yaşında dünyasını dəyişib.

Məlumata görə, mərhum bu gün dəfn ediləcək.

Qeyd edək ki, Hatəm Musa oğlu Mirzəyev 1957-ci ildə Bakıda dünyaya gəlib. O, 2010-cu ildən "Təzə Pir” məscid kompleksinin rəisi vəzifəsində çalışırdı.