Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın oldu
    • 8-11-2022, 10:59
    • 234

Heydər Əliyev Beynəlxalq Aeroportunda yanğın oldu

Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal meydanında minik avtomobilində yanğın baş verib.

News24.az bu barədə hava limanına istinadən xəbər verir.

Məlumata görə, "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Aviasiya Təhlükəsizliyi Baş İdarəsinin Yanğından Mühafizə Xidmətinin əməkdaşlarının operativ tədbirləri nəticəsində yanğın söndürülüb və onun qonşu avtomobillərə keçməsinin qarşısı alınıb.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.