Zaqatalada minik avtomobili yandı
    • 21-07-2022, 21:28
    • 378

Zaqatalada minik avtomobili yandı

Zaqatalada minik avtomobili yanıb.

News24.az-ın məlumatına görə, hadisə rayonun Əliabad qəsəbəsində baş verib.

Qəsəbə sakini 2000-ci il təvəllüdlü Nəbi Abdulla oğlu Əliyevə məxsus “VAZ 2106” markalı 99 TX 858 dövlət nömrə nişanlı minik avtomobilində yanğın olub.

Hadisə yerinə Fövqaladə Hallar Nazirliyinin (FHN) Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğın nəticəsində avtomobilin matorxanasının yanar konstruksiyaları yanıb. Yanğının salona keçməsinin qarşısı alınıb. Hadisədə xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.