Türkiyə MN:
    • 8-11-2022, 11:46
    • 293

Türkiyə MN: "Azərbaycanla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik"

Türkiyə Müdafiə Nazirliyi 8 Noyabr - Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

News24.az xəbər verir ki, bu barədə qurumun rəsmi tviter səhifəsində paylaşım edilib.

"Qəhrəman Azərbaycanın 8 Noyabr - Zəfər Günü mübarək olsun. 2 il əvvəl qəhrəmancasına mübarizə apararaq öz torpaqlarını işğaldan xilas edən, bütün dünyaya Azərbaycanın qüdrətini nümayiş etdirən qardaşlarımızla kədərdə, sevincdə bir və bərabər olmağa davam edəcəyik. Qardaşlığın Zəfəri", - paylaşımda qeyd edilib.