İstanbulda terror hadisəsini törədən qadın saxlanıldı
    • 14-11-2022, 10:10
    • 303

İstanbulda terror hadisəsini törədən qadın saxlanıldı

İstanbulun mərkəzində bomba qoyan şəxs saxlanılıb.

News24.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Daxili İşlər naziri Süleyman Soylu hadisə yerində verdiyi açıqlamada bildirib. 

“Bombanı qoyan şəxs saxlanılıb. Əldə etdiyimiz məlumata görə, PKK/PYD terror təşkilatıdır”. 

Bundan başqa, səlahiyyətli şəxslər 4 nəfərin hadisə yerində, daha iki nəfərin isə xəstəxanada dünyasını dəyişdiyini açıqlayıb.

Xəsarət alanlar barədə məlumat verən vitse-prezident Fuat Oktay iki nəfərin vəziyyətinin ağır olduğunu qeyd edib.

Partlayışdan sonra xəstəxanaya yerləşdirilən 81 nəfərdən 50-si evə buraxılıb.

Qeyd edək ki, dünən Türkiyənin İstanbul şəhərinin Bəyoğlu məhəlləsi, İstiqlal küçəsində baş verən partlayış baş verib.