“Sağlam gələcək naminə narkomaniyaya yox deyək”
    • 14-11-2022, 10:47
    • 408

“Sağlam gələcək naminə narkomaniyaya yox deyək”

Antinarkotik təbliğatı çərçivəsində Masallı rayonunun Hişkədərə kənd tam orta məktəbində “Sağlam gələcək naminə narkomaniyaya yox deyək!” mövzusunda şagirdlərlə görüş keçirilib. 

News24.az xəbər verir ki, çıxış edən Masallı RPŞ-nin rəis müavini, polis polkovnik-leytenantı Elvin Əzimov əsrin bəlası olan narkomaniyaya qarşı mübarizəni təmin etmək məqsədilə bu cür görüşlərin keçirilməsinin mühüm əhəmiyyətə malik olduğunu diqqətə çatdırıb və sağlam cəmiyyətin formalaşması istiqamətində ən ciddi təhlükələrdən olan narkomaniyanın törətdiyi fəsadlar barədə ətraflı məlumat verib. 

Sonra mövzu ətrafında çıxışlar dinlənilib və məktəblilərə narkomaniya bəlasının ağır nəticələri barədə ətraflı məlumatlar verilib.