ABŞ-da universitetdə atışma - Ölənlər var
    • 14-11-2022, 23:27
    • 188

ABŞ-da universitetdə atışma - Ölənlər var

ABŞ-ın Virciniya Universitetinin kampusunda atışma olub.

News24.az
xarici KİV-ə istinadən xəbər verir ki, tələbələrdən biri universitetin futbol komandasına silahdan atəş açıb.
İlkin məlumata görə, hadisə nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb.

Şübhəli şəxs artıq müəyyən edilib və adı ictimaiyyətə açıqlanıb. Belə ki, hadisəni Kristofer Darnell Cons adlı tələbənin törətdiyi ehtimal olunur.