-
- 17-10-2018, 11:31
- 1 245
Namiq Aygünlə duetdən imtina etdi
Məşhur meyxana ifaçısı Namiq Qaraçuxurlu xalq artisti Aygün Kazımova ilə duet oxumaqdan imtina edib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, sentyabrın sonunda toyda duet oxuyarkən videosu yayılan cütlüyün məcburən bir araya gəldiyi iddia edilib.
Belə ki, Rusiyada toyda olan iki məşhura ev sahibi tərəfindən təklif olunur ki, duet oxusunlar. Lakin Kazımova Namiqlə bir səhnəyə çıxmaqdan imtina edir və duet təklifini rədd edir. Belə bir hadisə iki dəfə təkrarlanır.
Daha sonra Aygün Kazımova bir neçə gün bundan əvvəl Rusiya toylarının təşkilatçılarına müraciət edərək Namiqlə duet oxumağa razılıq verdiyini bildirib. Lakin bu dəfə Qaraçuxurlu Aygünlə bir səhnəyə çıxmaqdan imtina edib.
Aygün Kazımovanın mətbuat xidməti mövzu barədə açıqlama verməkdən imtina etsə də. N. Qaraçuxurlu hadisənin təfərrüatını danışıb:
“Sizdə olan məlumatlar demək olar ki, doğrudur. Aylar əvvəl Moskvadan toy olacağı barədə bizə məlumat gəlib və hər iki tərəf avans alıb. Bu ərəfədə daha bir tədbir ortaya çıxır. Mənə zəng edirlər, qarşı tərəfə qonorarın miqdarı öyrənmək üçün müraciət edirəm. Aygün Kazımova duet oxumayacağını deyir. Mənə təəccüblü gəldi, çünki bir neçə həftə sonra biz digər tədbirdə çıxış edəcəkdik, qonorarın da bir qismini almışıq. Belə anladım ki, ikinci tədbirdə də duet oxumayacağıq.
Bu söhbətdə sakit durdum və kənara çəkildim. Bilirdim ki, danışsam, elə çevirəcəkdilər ki, qalmaqalı mən yaratmışam. Yəni, düşündüm ki, oxusa oxuyaram, oxumasa oxumaram. İkinci tədbirə də Sevil-Sevinc Səfərovaları təklif etdim. Toy sahibləri də məmnuniyyətlə razılaşdılar. O gün, bu gündür ki, bizi duet ortağı kimi dəvət edirlər.
Daha sonra bir ay bundan əvvəl Rusiyada toyların təşkilatçıları mənə zəng edir ki, Aygün xanım onlarla əlaqə saxlayıb, duet oxumağa hazır olduğunu bildirib. Mən isə bu dəfə duet oxumaqdan imtina etdim. Təşkilatçılara dedim ki, duet ortağımı başqaları ilə əvəz etmişəm. Aygün xanımla sonuncu dəfə toyda ifa edərkən çəkilən görüntülərimiz yayıldı. Xətrini qırmayacağım bir şəxs dəfələrlə xahiş etdi, mən də “hə” dedim”.
//Qafqazinfo.az