-
- 16-11-2022, 11:05
- 234
Sabirabadda qonşusuna antibiotik vurub, ölümünə səbəb olan qadının MƏHKƏMƏSİ BAŞLAYIR
Sabirabad rayonunda qadına vurulan antibiotikdən ölümə görə cinayət iş məhkəməyə göndərilib.
Bu barədə News24.az-a rayon prokurorluğundan məlumat verilib.
Bildirilib ki, cari ilin iyulun 7-də rayonun Yaxa Beşdəli kənd sakini Gülnaz Mecidovanın “anafilaktik şok” nəticəsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 124.1-ci (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə başlanmış cinayət işinin istintaqı tamamlanıb.
İstintaqla zərərçəkmişin xahişi ilə həmkəndlisi Sevda Əhmədovanın “seftraksion” tərkibli antibiotik preparatını ev şəraitində Gülnaz Mecidovanın sol qoluna sınaq inyeksiyasını etməsi nəticəsində yaranmış “anafilaktik şok”dan sonuncunun ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlar əsasında Sevda Əhmədovaya Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilməklə barəsində “başqa yerə getməmək haqqında iltizam “ qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Sabirabad Rayon Məhkəməsinə göndərilib.