İstanbuldakı terrorla bağlı yeni görüntülər - VİDEO
    • 16-11-2022, 12:19
    • 301

İstanbuldakı terrorla bağlı yeni görüntülər - VİDEO

Noyabrın 13-də Türkiyənin İstanbul şəhərinin Taksim meydanında terror törədən qadının yeni görüntüləri yayılıb.

News24.az “TRT Haber”ə istinadən xəbər verir ki, iki terrorçunun küçədə üç dəfə kəşfiyyat apardığı müəyyən edilib.

Görüntülərdə terrorçunun kürəyində tünd çanta, əlində isə ağ torba ilə meydandan küçəyə doğru getdiyi müşahidə olunur.

Çadıra ilə üznü gizlətməyə çalışan terrorçu yerli saatla 15:29-da kafenin qarşısında görünüb. Sonra isə yaxınlıqdakı oturacaqların birində əyləşib.

Hadisə noyabrın 13-də yerli vaxtla saat 16:14-də baş verib. Partlayışdan dərhal sonra qadın qaçmağa başlayıb.

Terrorçunun saat 16:17-də bir hotelin qarşısından keçdiyi də təhlükəsizlik kameralarına düşüb.