-
- 18-11-2022, 11:16
- 395
"Şəhidin adından öz ailəsinin sui-istifadə etməsi CİNAYƏTDİR"- Sahib Altay
"Şəhid adı, şəhid statusu, qəhrəman statusu-zirvə hesab olunan dəyərlər hər hansı kapitalist marağına xidmət etməməlidir. Bundan sui-istifadə olunması nəinki başqa insanlar, hətta bu statusdan, bu dəyərdən öz ailələrinin belə sui-istifadə etməsi cinayətdir. Bu addım dəyəri aşağılamaqdır".
Bu sözləri News24.az-a açıqlamasında sosioloq Sahib Altay deyib.
Sosioloq bildirib ki, kapitalizm üçün mənəvi dəyərlər önəm daşımır və hazırkı dövrdə kapitalizmin əsas elementi reklamdır: "Kapitalizmin özündən əvvəlki sistemlərdən fərqli olaraq yalnız hüquqi tərəfləri mövcuddur. Kapitalizm heç bir mənəvi dəyəri əsas götürmür. Kapitalizmin əsas elementlərindən biri məhsuldarlıq və istehsalatdırsa, digər tərəfi o məhsuldarlığın, istehsalın, məhsulun təqdim olunmasıdır. Xüsusi bir prinsipidir ki, buna biz reklam adı vermişik. Reklam çarxlarında çox vaxt məhsuldan, istehsalat növündən asılı olmayaraq, ictimai statusu olan adamlar tərəfindən təqdim edilir. Reklamlarda əksər hallarda müğənnilər, aktrisalar, aktyorlar, sosial şəbəkələrdə internetdə çoxsaylı izləyiciləri olan insanlar iştirak edir. Biz də müharibə dövründə yaşayan bir toplumuq. Həssas bir dönəmdir. Şəhidlik, qəhrəmanlıq həm hüquqi status alıb, həm də toplumun həssas yeridir deyə ictimai diqqət var və kapitalist marağına xidmət edən müxtəlif insanlar bu yöndən istifadə etməyə çalışırlar".
Ekspert problemin həlli yollarından da danışıb: "Düşünürəm ki, bu problem dövlət tərəfindən həll olunmalıdır. Çünki hüququn da, toplumun da dəyərlər sistemində ilk və ən güclü söz sahibi dövlətdir və bununla bağlı xüsusi qərarlar almalıdır. Konkret olaraq bu hal cinayət statusu daşımalıdır ki, heç bir yerdə şəhid adı, şəhid statusu hər hansı kapitalist marağına xidmət etməsin".
Qumral Əliyeva