Bakıda əcnəbinin telefonu oğurlandı
    • 18-11-2022, 13:01
    • 210

Bakıda əcnəbinin telefonu oğurlandı

Bakıda əcnəbi vətəndaşın mobil telefonu oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində bir əcnəbi vətəndaşın mobil telefonunu oğurlamaqda şübhəli bilinən Abşeron rayon sakini Hüseyn Quliyev saxlanılıb.

Araşdırmalarla onun Bakı şəhər sakini olan bir qadının içərisində bank kartları olan cüzdanını oğurlaması və hesabından 242 manatını çıxarması da müəyyən olunub.