Murad Arifdən “Mashup” qadağası
    • 12-01-2019, 15:21
    • 792

Murad Arifdən “Mashup” qadağası

Müğənni – bəstəkar Murad Arif həmkarlarına səslənib.

News24.az xəbər verir ki, ifaçı son zamanlar dəb halına çevrilən “mash up” xarakterli remix mahnılardan ibarət topluma öz mahnılarının salınmasını qadağan edib.

“Hörmətli sənət dostlarım, son zamanlar dəbə gəlmiş “Mash up” (megamix və ya popuri) ənənələrinizə mənim repertuarımı daxil etməyi ağlınızdan da keçirməyin. İnanıram ki, anlayışla qarşılayacaqsınız. Sonra, video niyə youtubda blok edildi deyə, soruşmayın”.  

M. Arif bu addımının səbəbini belə izah edir:
1. Adətən iznsiz edirlər.
2. İstehsalat keyfiyyəti ürəyimcə olmur.
3. Bir temanın hazırlanmasına, sevilməsinə, 15-20 min AZN pul xərcləyirəm. Yoğurmadı, yapmadı, hazırca kökə tapdı məsəli...
4. Gələcəkdə istədiyim formada öz mahnılarıma özüm megamix etməyi düşünürəm. Mövzular işlənməsin deyə...

News24.Az