-
- 19-11-2022, 14:28
- 429
Brüs Linin ölüm səbəbi açıqlandı
İspan alimləri aktyor və döyüş ustası Brüs Linin ölüm səbəbini açıqlayıblar.
News24.az xəbər verir ki, bu barədə "Clinical Kidney Journal" dərgisində məqalə dərc olunub.
Bildirilib ki, B.Linin ölümünə səbəb həddindən artıq su içməsi səbəb olub.
Mütəxəssislər ulduzun vərdişlərini, yaxınlarının ifadələrini və meyitin yarılması zamanı əldə olunan nəticələri təhlil ediblər.
Bəlli olub ki, ölüm beyin ödemi nəticəsində baş verib.
Elm adamları qeyd ediblər ki, hiponatremi zamanı bədəndə maye yığılır bunun nəticəsində qanda natrium miqdarının kritik səviyyəyə enir. Bu vəziyyət xəstəlik və ya sərxoşluq nəticəsində yaranır.
Alimlər Brüs Linin marixuanadan istifadə etdiyini və bunun da susuzluğa gətirib çıxardığını deyiblər.
Bundan əlavə, mütəxəssislərin fikrincə, reseptlə satılan dərmanlar, kəskin böyrək çatışmazlığı və ağır fiziki güc bədəndən mayenin çıxarılmasına mane olur.
Qeyd edək ki, Brüs Li 20 iyul 1973-cü ildə Honq-Konqda vəfat edib. Fərziyyəyə görə, onun "Ekvajestik" dərmanını qəbul etməsi beyin ödemi və ölümünə səbəb olub.