"Yarasa"da xidmət edən polkovnikin ölümünün TƏFƏRRÜATLARI
    • 21-11-2022, 12:06
    • 533

"Yarasa"da xidmət edən polkovnikin ölümünün TƏFƏRRÜATLARI

İsmayıllıda yenicə ehtiyata buraxılmış hərbçi, polkovnik-leytenant Mərdan Əhmədovun öldüyü yol qəzasının təfərrüatları məlum olub.

News24.az-ın əldə etdiyi məlumata görə, şənbə günü baş vermiş ağır qəza qatı dumanlı havada baş verib.

Belə ki, görmə məhdudiyyətli ərazidə Arif Mirzəyev idarə etdiyi "Toyota" markalı avtomobillə yüksək sürətlə hərəkətdə olarkən piyada keçidindən yolu keçmək istəyən və mülki geyimdə olan 1979-cu il təvəllüdlü Mərdan Əhmədovu vurub. Nəticədə M. Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb. İlkin araşdırma zamanı M.Əhmədovun sərxoş olması da müəyyən edilib.

Digər məlumata görə, hadisəni törədən sürücü nişanlıdır və yaxın günlərdə onun toyu olacaq.

Qeyd edək ki, M.Əhmədov "Yarasa" Xüsusi Təyinatlı Dəstəsində xidmət edib, onun son vəzifəsi tabor komandiri olub.