Bakının mərkəzində 2 “Prius” toqquşdu
    • 21-11-2022, 12:51
    • 312

Bakının mərkəzində 2 “Prius” toqquşdu

Bakıda kütləvi yayılan “Toyota Prius” markalı avtomobillərin hər gün çoxsaylı qəzalar törətməsi adi hala çevrilib.

News24.az xəbər verir ki, bu markalı avtomobillərin iştirakı ilə növbəti qəza dünən günorta saatlarında Mikayıl Müşfiq küçəsi ilə parlament prospektinin kəsişməsində baş verib. İki “Toyota Prius”un toqquşması nəticəsində avtomobillər yararsız hala düşüb.

əraziyə polis əməkdaşları gəlib və müvafiq araşdırmalara başlanılıb.

Qeyd edək ki, taksi kimi fəaliyyət göstərən “Prius”ların çoxsaylı qəzalar etməsi barədə tez-tez məlumatlar yayılır.