Qarabağa atla gedənlər saxlanıldı
    • 22-11-2022, 12:12
    • 154

Qarabağa atla gedənlər saxlanıldı

Xocavəndə qanunsuz yolla daxil olanlaraqarşı əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Bərdə regional qrupundan News24.az-a verilən məlumata görə, Xocavənd rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi tədbirlərlə Füzuli rayon sakini Xanlar Hüseynov və Beyləqan rayon sakini Arzuman Qabilov Böyük Tağlar kəndində atla hərəkət edərkən saxlanılıblar.

Yoxlama zamanı həmin şəxslərin müvafiq icazələrinin olmadığı və nəzarət-buraxılış məntəqələrindən kənar yollarla rayon ərazisinə daxil olduqları müəyyən edilib.

Faktla bağlı Xocavənd RPŞ-də araşdırma aparılır.