"850 nəfər üçün bir tualet var"
    • 9-05-2024, 23:59
    • 134

"850 nəfər üçün bir tualet var"

UNICEF-in sözçüsü Ceyms Elder çərşənbə axşamı keçirdiyi mətbuat konfransında Qəzzada mövcud vəziyyətlə bağlı açıqlama verib.

News24.az xəbər verir ki, Rəfah şəhərində keçiriləcək hərbi əməliyyatın bütün səlahiyyətlilər tərəfindən narahatlıqla qarşılandığı qeyd edilib.

UNICEF və bütün humanitar təşkilatlar atəşkəsə və Rafahda heç bir hücuma yol verilməməsinə çağırır.

Elder "Rəfah uşaq şəhəridir. Qəzzadakı qız və oğlanların yarıdan çoxu Rəfahda yaşayır. Əgər təhlükəsizliyi Beynəlxalq Humanitar Qanunun dediyi kimi, bombardmandan qorunmaq, təmiz suya çıxış, adekvat qida, sığınacaq və s. olaraq adlandırsaq Qəzzada gedəcək təhlükəsiz bir yer yoxdur" deyib.

“RƏFAHDA 850 NƏFƏR ÜÇÜN 1 TUALET VAR”

Bölgədəki çətin şəraiti vurğulayan Elder, “Rəfəhdə hər 850 nəfərə təxminən bir tualet düşür. Duşlarda vəziyyət dörd dəfə pisdir. Bu o deməkdir ki, hər 3500 nəfərə bir duş düşür. Ailələrin köçməsinin bildirildiyi ərazilərdə vəziyyət təəccüblü dərəcədə pisdir" deyib.

Günel Məlikzadə