“Azərişıq”ın  9250 manatlıq naqili oğurlandı
    • 22-11-2022, 14:44
    • 167

“Azərişıq”ın 9250 manatlıq naqili oğurlandı

“Azərişıq” ASC-yə məxsus 9250 manatlıq naqil oğurlanıb.

Bu barədə News24.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Neftçala Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində noyabrın 20-də Beçtalı kəndi ərazisində “Azərişıq” ASC-yə məxsus 9250 manat dəyərində 2500 metr naqil oğurlamaqda şübhəli bilinən kənd sakini, əvvəllər də oğurluğa görə məhkum olunmuş Şahlar Əhmədov saxlanılıb, bir nəfərin isə şəxsiyyəti müəyyən olunub.

Araşdırma aparılır.