Göygöldə dəm qazından zəhərlənən şəxs dünyasını dəyişdi
    • 22-11-2022, 19:52
    • 231

Göygöldə dəm qazından zəhərlənən şəxs dünyasını dəyişdi

Göygöl rayonunda dəm qazından zəhərlənən şəxs dünyasını dəyişib.

News24.az-ın məlumatına görə, rayon sakini, 2006-cı il təvəllüdlü S.Allahverdiyeva yaşadığı evdə dəm qazından zəhərlənib. O, yaxınları tərəfindən Göygöl Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Zərərçəkən xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Lakin göstərilən tibbi yardımlara baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, S.Allahverdiyeva 9-cu sinif şagirdi olub.

Faktla bağlı Göygöl rayon Prokurorluğunda cinayət işi açılıb, araşdırma aparılır.