-
- 23-11-2022, 21:34
- 495
Toppuş bacı kömək istədi: "35 min manat lazımdır"
Əməkdar artist Tünzalə Əliyeva (Toppuş bacı) İnstaqramda canlı yayım açaraq müalicəsi üçün yardım istəyib.
Aktrisanın canlı yayımda bank hesabına 13 min manat köçürülüb: "İynələrim çox baha olduğuna görə xalqımdan yardım istəyirəm.11 iynə vurulmalıdır, iynənin birisinin qiyməti isə 3200 manatdır. İllərlə veriliş aparmışam, həmişə sənət dostlarım qonağım olub. Hamısı ilə də gözəl münasibətim var. O vaxt Zaur Baxşəliyevin aparıcılıq etdiyi verilişdə hamı mənə kömək etdi, sənət dostlarım da. Bu dəfə heç bir sənət dostumdan kömək istəmədim. 13 min manat yığıldı. Allah hər birinizdən razı olsun. Ümumilikdə 35 min 200 manat lazımdır".
Qeyd edək ki, Tünzalə Əliyevanın başında bədxassəli şiş akarlanıb. Aktrisa bir neçə gün öncə mədə qanaxmasıyla Milli Onkologiya Mərkəzinə yerləşdirilmişdi. /Teleqraf.com/